NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi

NATO-ya üzv olan bütün ölkələr Suriyanın bombalanmasını dəstəkləyib
Sputnik

BAKI, 15 aprel — Sputnik. NATO-ya üzv olan bütün ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hərbi əməliyyatını dəstəkləyib.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. 

ABŞ, Böyük Britaniya və Fransa Şimali Atlantika Alyansının Brüsseldə NATO-nun qərargahında keçirilmiş fövqəladə iclasında Suriyadakı vəziyyət barədə müttəfiqlərini məlumatlandırıblar. 

Toplantıda 29 üzv ölkənin daimi nümayəndələri iştirak ediblər.