BAKI, 15 aprel — Sputnik. Britaniya hökumətinin Rabitə Mərkəzi(GCHQ) və ölkənin Müdafiə Nazirliyi Rusiyanın Britaniyanın kompüter şəbəkəsinə mümkün kiberhücumuna qarşı "proporsional" cavab tədbirləri hazırlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu The Sunday Times qəzetinə Britaniya xüsusi xidmətlərindəki mənbə bildirib.
Nəşrdə bildirilir ki, kiberekspertlər artıq Rusiyanın kompüter şəbəkələrinin məqsədlərinə qarşı müvafiq mövqeləri tutublar.
Bununla yanaşı, Birləşmiş Krallığın infrastrukturunun əsas obyektləri, məsələn, səhiyyə müəssisələri, hökuməti kiber təhlükələr barədə xəbərdar edib.
Məlumata görə, Skripal ailəsinin Solsberidə zəhərlənməsi ilə bağlı insidentdən sonra Britaniya kəşfiyyatı baş nazir Tereza Meyi Rusiya prezidenti Vladimir Putinin rejiminin cavab tədbirləri barədə xəbərdar edib.
Kəşfiyyat hesab edir ki, Putinin cavab zərbələri britaniyalı nazirlərə, parlament üzvlərinə və digər yüksək vəzifəli şəxslərə qarşı kompromatlar formasında ola bilər.
Qəzetin yazdığına görə, bu kompromatların Kremlin arxasında dayandığı hakerlər tərəfindən yayılması mümkündür.
Məqalənin başlığında rusların Britaniya elitasını kirli kampaniyaya başlamaqla hədələdiyi bildirilir.