Rayonların əhalisi təlaş içində: Gecəyədək yağsa, hər şey məhv olacaq

Respublikamızın Balakən, Zaqatala və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik
. Bu gün respublikamızın Balakən, Zaqatala və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb. Ötən gün axşam saatlarından başlayan leysan yağışları bu gün sulu qara və qara çevrilib.

Sakinlər mövcud hava durumundan narahatdırlar. Yerli fermerlər əgər gecə saatlarında şaxta olarsa, çiçəkləmiş meyvə ağaclarının bar gətirməsinin mümkün olmayacağını bildirirlər.

Hazırda qarın intensiv yağması davam edir.