HADİSƏ

Millət vəkilinin dəfn vaxtı və yeri məlum oldu

Millət vəkili Astan Şahverdiyev bu gün torpağa tapşırılacaq
Sputnik

BAKI, 15 aprel — Sputnik. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilən Astan Şahverdiyev dünyasını dəyişib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun "Report"a verdiyi məlumata görə, 71 yaşlı deputat Qusarda olarkən ürəktutmasından vəfat edib.

Onun sözlərinə görə, millət vəkili bu gün Bakının Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.