ABŞ-dan günün daha bir zərbəsi - Bu dəfə Türkiyəyə

ABŞ-ın "CNN International" telekanalı müttəfiqlərin Suriyaya hücumunda İncirlik bazasından da istifadə edildiyini iddia edib
Sputnik

BAKI, 14 aprel — Sputnik. ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsindən sonra diqqətlər Türkiyənin Adanadakı İncirlik hərbi hava bazasına yönəlib. Suriyaya hücumdan sonra ən böyük sual İncirlik bazasından istifadə edilib-edilməməsi olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ əməliyyatda İncirlik bazasından istifadə edilmədiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-ın "CNN International" telekanalının xəbərinə görə isə ABŞ və müttəfiqlərinin Suriyaya hücumunda İncirlik bazasından da istifadə edildiyi iddia edilib. Canlı yayım zamanı əməliyyat məlumatlarına dair xəritə üzərində İncirlik bazasının da əməliyyata daxil olduğu bildirilib.

Onu da bildirək ki, İncirlik bazasında hər hansı bir hərəkətlilik müşahidə olunmayıb.