Suriyadakı hərbi əməliyyata qarşı etiraz aksiyaları keçirilir

Suriyanın paytaxtı Dəməşqdə Qərb ölkələrinin təcavüzünə qarşı etiraz aksiyaları keçirilir
Sputnik

BAKI, 14 aprel — Sputnik. Suriyanın paytaxtı Dəməşqdə Qərb ölkələrinin təcavüzünə qarşı etiraz aksiyaları keçirilir.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, əllərində Suriya bayraqları ilə meydanlara çıxanlarla yanaşı, silahlı əsgərlər də etiraza qoşulur.

Amerika Birləşmiş Ştatları Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə əsasən, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.