SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paytaxt polisi müxalifətin mitinqinə dair açıqlama yaydı

BŞBPİ: İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan BŞBPİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada deyilir:

"Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".