CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı ağır qəza: 4 nəfər yaralandı

Onların müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Masallıda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə gecə saatlarında Masallı rayonu ərazisində baş verib. Belə ki, 44-BT-038 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Baş vermiş qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli nədən xəsarətləri alıblar. Yaralanan şəxslər Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qəzada xəsarət alanların hamısı rayonun Kalinovka kənd sakinləridir. Hazırda onların müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir.

Qəza hadisəsi hazırda araşdırılır.