TƏHLİL

Ekspert Gürcüstanın avtomobil sığortasının Azərbaycana təsirindən danışır

Hüquqşünas Ərşad Hüseynov deyir ki, Gürcüstanda qəbul edilmiş yeni qayda Azərbaycandan Gürcüstana şəxsi avtomobili ilə gedənlərin sayına təsir etməyəcək
Sputnik

Ərşad Hüseynov: "Sığorta xərci böyük məbləğ deyil"
"Bu gün dünyanın, demək olar ki, bütün dövlətlərində avtomobil sahiblərinin mülki məsuliyyət sığortası var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov bildirib.

Gürcüstanda qəbul edilmiş yeni qaydaya əsasən, mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə şəxsi avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edən xarici vətəndaşlar isə nəqliyyatın növündən asılı olaraq, 100-200 lari məbləğində cərimələnəcəklər.

"Bu qayda əvvəllər də Gürcüstanda olub, lakin bu, formal xarakter daşıdığından yığışdırılmışdır. İndi icbarı sığortanı yenidən tətbiq ediblər, və bunda qeyri-adi bir şey yoxdur", — Hüseynov qeyd edib.

Hüquqşünasın geniş şərhini audiofaylda dinləyə bilərsiniz.