BAKI, 14 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırırb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən məlumatına görə, Tramp deyib ki, Suriya ilə bağlı son qərar verilməyib. Bununla yanaşı o, ABŞ-ın Suriyada səkkiz mümkün hədəfə hücum üzərində düşündüyünü də vurğulayıb.
Administrasiyadakı adının açıqlanmasını istəməyən mənbə isə bildirib ki, hədəflərdən ikisi Suriyadakı hava bazaları, biri isə araşdırma mərkəzi ola bilər.