İranın ali dini lideri: "ABŞ, Fransa prezidentləri və Britaniya baş naziri cinayətkardır"

İranın ali dini lideri Əli Xameneyi ABŞ, Fransa və Böyük Britaniyanın bu gün səhər Suriyaya həyata keçirdiyi təcavüzü cinayət adlandırıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. İranın ali dini lideri Əli Xameneyi ABŞ, Fransa və Böyük Britaniyanın bu gün səhər Suriyaya həyata keçirdiyi təcavüzü cinayət adlandırıb.

Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bu səhər Əli Xameneyi İranın rəsmiləri ilə görüşüb.

"Açıq şəkildə deyirəm ki ABŞ prezidenti, Fransa prezidenti və Britaniya baş naziri cinayətkardır" — deyə ali dini lider bildirib.