Suriya əməliyyatının başlanmasına səbəb olan məkan dağıdıldı - FOTO

ABŞ, Fransa və Böyük Britaniyanın vurduğu Dəməşqin şərqindəki Barza elmi-tədqiqat mərkəzində əmələ gələn dağıntılar görüntülənib
Sputnik

BAKI, 14 aprel — Sputnik. ABŞ-ın vurduğu Dəməşqdəki elmi araşdırma mərkəzinin ilk görüntüləri yayılıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, ABŞ, Fransa və Böyük Britaniyanın vurduğu Dəməşqin şərqindəki Barza elmi-tədqiqat mərkəzində əmələ gələn dağıntılar görüntülənib.

Müxalif bir hərbi mənbəyə görə, elmi tədqiqat mərkəzində kimyəvi silahlar istehsal edilirdi. Şərq Quta və daha əvvəl də mülki vətəndaşların hədəf alındığı hücumlarda bu silahlar istifadə edilmişdi.

ABŞ-ın Suriyada vurduğu elmi-tədqiqat mərkəzinin dağıntıları