Suriya böhranında gərginlik: Yeni müharibə hədəsi

ABŞ Suriyaya yeni zərbə endirməyə hazır olduğunu bəyan edib
Sputnik

BAKI, 14 aprel — Sputnik. ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr endirməyə hazırdır. APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.  

“Biz əminik ki, Suriyanın kimyəvi silah istehsalı proqramına ciddi ziyan vurulub. Suriya rejimi səbrimizi sınamağa davam edərsə, biz təzyiqi davam etdirəcəyik”, — deyə Heyli qeyd edib.  

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Suriyada təkrarlana biləcək kimyəvi silahdan istifadə hallarına dərhal cavab verməyə hazırdır.