RUSİYA

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Suriyaya edilən hücumdan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırılıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Suriyaya edilən hücumdan sonra Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp səhərə yaxın Amerika ordusuna Suriyadakı kimyəvi silah obyektlərini vurması üçün əmr verdiyini açıqlayıb. Bu açıqlamanın ardından ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada bir çox hədəfin vurulduğunu bildirib. Açıqlamaların ardından Rusiya isə təcavüzün nəticəsiz qalmayacağını bildirib.