RUSİYA

Moskva Vaşinqtona cavab zərbəsi endirəcək

Sanksiya siyahısına Rusiya vətəndaşlarına qarşı qeyri-konstruktiv davranışlara yol verən amerikalı rəsmilər daxil ediləcək
Sputnik

BAKI, 13 aprel — Sputnik. Rusiya ABŞ-ın sanksiyalarına cavab məqsədilə qanun layihəsi hazırlayır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsi Dumanın spikeri Vyaçeslav Volodin və 4 parlament fraksiyası tərəfindən hazırlanır.

"Qanun layihəsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab tədbirdir. Bizim sanksiya siyahımıza Rusiya vətəndaşlarına qarşı qeyri-konstruktiv davranışlara yol verən amerikalı rəsmilər daxil ediləcək" — deyə Volodin bildirib.

Qeyd edək ki, layihə sənədi hələ parlamentin elektron bazasında qeydiyyatdan keçməyib. Müzakirələrin aprelin 16-da keçirləcəyi güman edilir.

Xatırladaq ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi yeni sanksiya siyahısını yayımlamışdı. Siyahıya rusiyalı rəsmilər və binesmenlər daxil edilmişdi.