VİDEO

İlham Əliyevlə maraqlı selfilər - VİDEO

Bakıda İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi münasibətilə keçirilən konsertdə yeni seçilən prezidentin özü və ailə üzvləri iştirak edib
Sputnik

BAKI, 13 aprel — Sputnik. İlham Əliyevin Bakının mərkəzində keçirilən konsert zaman mədəniyyət və şou-biznes nümayəndələri ilə çəkdirdiyi kadrlar sosial şəbəkələrdə yayılıb.

Heydər Əliyev Mərkəzinin qarşısında hazırkı prezident İlham Əliyevin aprelin 11-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə konsert təşkil edilib.

Tədbirdə prezident və onun ailə üzvləri iştirak edib. Dövlət başçısı konsertdə iştirak edən vətəndaşların qarşısında çıxış edib.