Donald Tramp fahişələri internetdən qovur

Ağ evin nümayəndələrinin sözlərinə görə, fahişəliyi təbliğ edən veb-saytlar yaratmaq və idarə etmək federal cinayət kimi dəyərləndiriləcək
Sputnik

BAKI, 12 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp SESTA-FOSTA –internetdə seks ticarətini qadağan edən qanun layihəsinə imza atıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq bir neçə amerikan saytları fahişəliklə bağlı bölmələri bağlamağa başlayıblar. Məsələn, elanlar xidməti olan Krayglist və Bakpage "Tanışlıq" rubrikasını bağlayıb.

Layihənin yaradıcıları əmindir ki, qanun qəbul edilməsi belə saytların könüllü şəkildə bağlanmasına gətirib çıxaracaq. Bununla yanaşı, hökümət belə resurslardan hüquq mühafizə orqanları vasitəsilə qurtulacaq. Ağ Evin nümayəndələrinin sözlərinə görə, fahişəliyi təbliğ edən veb-saytlar yaratmaq və idarə etmək federal cinayət kimi dəyərləndiriləcək.

SESTA-FOSTA qanun layihəsinə intim xidmətlər göstərən sferanın işçiləri və hüquq müdafiəçiləri qarşı çıxıblar. Onların fikrincə, qəbul ediləcək qanun layihəsi ölkədə söz azadlığı prinsiplərini pozacaq və bununla yanaşı hakimiyyətə texnoloji kampaniyalara, sosial şəbəkələrə qarşı təzyiq etməyə imkan yaradacaq.