Gəlin toyuna 4 gün qalmış nişanlısını öldürdü

"Mən Alini qəsdən öldürməmişəm, onu sevirdim"
Sputnik

BAKI, 12 aprel — Sputnik. Türkiyədə toyuna 4 gün qalmış nişanlısını öldürən Ayşenur Yılmaz 8 il 9 ay azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ayşenur Yılmaz məhkəmədə nişanlısını qəsdən öldürmədiyini bildirib.

O qeyd edib ki, Ali Ayberklə 1,5 ilə yaxın nişanlı olub: "Nikahımıza 4 gün qalmışdı. Evimiz də hazır idi. Hadisə günü telefonla danışanda mənə qışqırdı. "Niyə telefona baxmırsan, cavab vermirsən" dedi. Mən də sakit olmasını istədim. Məni dəfələrlə söydüyü üçün telefonu söndürdüm. Sonra yenə zəng elədi, cavab vermədim. Mən ailəmlə yaşadığım evdə idim. Evdə sadəcə dayım qızı vardı". 

Qətlə yetirilmiş prezidentə məxsus məxfi sənəd satışa çıxarılıb

A.Yılmaz iddia edib ki, nişanlısı Ali qızın evinə gələrək onu oradaca döyüb: "Dayım qızı araya girmək istəsə də bacarmadı. Mən həmin vaxt mətbəxə tərəf qaçdım. Tozsoranla başıma vurmaq istəyəndə qolumu qabağa verdim. Mətbəx şkafının üzərindən bıçağı götürmüşdüm".

Müttəhim hakimə nişanlısını çox sevdiyini və onu qəsdən öldürmədiyini deyib: "Bıçağı hərəkət etdirməsəm də, Alidən "məni öldürmək istəyirsən?" deyə soruşurdum. Üzərimə atdı özünü. Bu arada bıçaq ona batıb. Özü mənə deyəndə inanmadım. Onu xəstəxanaya aparanda artıq ölmüşdü. Mən Alini qəsdən öldürməmişəm, onu sevirdim".