BAKI, 12 aprel — Sputnik. Məşhur rusiyalı siyasi analitik, Kremlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqin dünyada və regionda gedən proseslər ilə bağlı fikirlərini bölüşüb.
Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, politoloqun fikrincə, hazırda Qərb və İsrail ABŞ və Böyük Britaniya rəhbərliyi altında üçüncü dünya müharibəsi başlatma qərarı verib: "Sergey Skripala qarşı həyata keçirilən terror hücumu və Suriyada Duma şəhərində kimyəvi silahdan istifadə müharibənin başlanma bəhanələri olacaq. Dumada kimyəvi silahın tətbiqi Suriya dövlətinin regionda əldə etdiyi uğura bir reaksiya idi. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya əleyhinə verəcəyi hər cür qərarı Rusiya veto edəcək".
O bildirib ki, üçüncü dünya müharibəsinin astanasındayıq: "Qərb ölkələri hazırda BMT-nin Təhlükəsizlik Şurasında bir araya gəlmək üçün hazırlaşır. Bəşəriyyət tarixi üçüncü dünya müharibəsinə bu qədər yaxınlaşmamışdı. Əlbəttə, bu, müharibənin qəti başlanacağı mənasına gəlmir, amma son hücumlar hər an başlaya biləcəyi ehtimalını artırır".