Onların döyüşü hamının diqqətini çəkib

Onlar uzun müddət ilanların döyüşünü izləyib, ancaq sonda kimin qalib gəldiyini görə bilməyiblər
Sputnik

BAKI, 12 aprel — Sputnik. Malayziyada turistlər kobra ilə pitonun döyüşünü çəkib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Penanq ştatında botanika bağında döyüşən ilanlar turistlərin diqqətini çəkib. İki metrlik piton 4 metrlik kobraya sarılaraq 2 saat hərəkətsiz vəziyyətdə qalıb.

Videonu çəkən turist bildirib səyahətçilərdən biri çubuqla kobranın başına toxunub. O başını tərpədib. Hadisə bir çox turistlərin diqqətini çəkib, hətta bəziləri qorxduğu üçün irəli getməkdən imtina edib.

Onlar uzun müddət ilanların döyüşünü izləyib, ancaq sonda kimin qalib gəldiyini görə bilməyiblər.