CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məzahir Pənahov: "Onlardan şikayət olmadı"

MSK sədri polis və jurnalistlərin davranışından danışdı
Sputnik

BAKI, 12 aprel — Sputnik. "Gün ərzində polisin fəaliyyəti ilə bağlı seçki komissiyalarına heç bir narazılıq daxil olmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu gecə keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, KİV nümayəndələri etimadı doğruldub: "KİV nümayəndələri gün ərzində ölkə ərazisində səsvermə prosesinin necə getməsi barədə aydın məlumat verdilər".