RUSİYA

Lotoreyada pul udan şəxsə qarşı cinayət işi açıldı

Həmin vətəndaş 2014-cü ildə lotoreyada 10 milyon rubl udub
Sputnik

BAKI, 12 aprel — Sputnik. Lotereyada 10 milyon rubl qazanan Rusiya vətəndaşına qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbəbr verir ki, Krasnoyarsk şəhərində keçirilən lotoreya oyununda 10 milyon rubl (265288 manat) udan şəxsə qarşı ittiham irəli sürülüb.

Məlumata görə, adı açıqlanmayan həmin vətəndaş 2014-cü ildə lotoreyada 10 milyon rubl udub, amma 1,3 milyon rubl (34487 manat) miqdarında olan vergi borcunu ödəməyib.

Bununla əlaqədar "külli miqdarda lotoreya uduşundan vergi verməmə" maddəsi ilə cinayət işi açılıb. Qanuna görə, lotoreya uduşlarının məbləğinin 13 faizi vergi kimi dövlətə ödənilməlidir.