“Bəzi dərman maddələrinin tərkibində dərman əlavələri olur. Hansılar ki, normalda dərman kimi istifadə olunmur. Məsələn, dərmana ancaq dad verir. Bu dərman əlavələrinin içində zərərli maddələr də ola bilər. Müxtəlif boyayıcı maddələr də, ağır metal duzları və sair də. Bunlar isə orqanizmə çox zərər verir. Bunlar, əsasən, parasetamol əsaslı dərmanlardır. Bu dərmanları həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz. Ağrıkəsicilərdən uzun müddət istifadə etmək məqsəd uyğun deyil” — deyə o bildirib.
Qeyd edək ki, Türkiyədə bu ilin 1 iyun tarixindən etibarən tərkibində narkotik istehsalında istifadə edilən psevdoefedrin maddəsi olan soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürüləcək.
Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz