Çox baxdıqca yoxa çıxan şəklin sirri açıldı

Alimlərin sözlərinə görə, şəkil insan gözlərini qırpmadığı zaman yoxa çıxır
Sputnik

BAKI, 12 aprel — Sputnik. Alimlər uzun müddət və diqqətlə baxanda yoxa çıxan şəklin sirrini açıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu Reddit imicboardında böyük populyarlıq əldə edən rəngli boyalarla çəkilmiş bulanıq görüntüdür.

İstifadəçilər iddia edir ki, şəklə uzun müddət baxanda, o, sanki yoxa çıxır, əvəzində göz önündə ağ ləkə əmələ gəlir. Gözlərini çəkəndə isə şəkil geri qayıdır.

Bu, onun çəkdiyi sonuncu şəkil oldu

Jurnalistlərin fikrincə, insanların ağlına təsir edən optik illüziyaların mövcudluğunu 1804-cü ildə İqnaz Paul Vital Troxler adlı bir filosof ortaya qoyub.

Kvinslend Universitetinin psixologiya professoru Derek Arnold rəngli şəklin yox olmağının səbəbini açıqlayıb. Onun fikrincə, insan beyni dəyişməyən vizual görünüşlərə diqqət yetirməyi dayandırır. O əlavə edib ki, burada narahatedici heç nə yoxdur.

SUNY Downstate Tibb Mərkəzinin professoru və "İllüziya çempionları" kitabının müəllifi Suzana Martinez-Conde bu təsiri neyron uyğunlaşma adlandırır. O görüntünün itməsini corabla müqayisə edib: "İnsan qarderobdakı əşyanı ayağında hiss edə bilər. Ancaq onu geyəndən sonra gün ərzində onun varlığını unutmağa başlayır. Eyni hal rəngli şəkillə də baş verir".

Alimlərin sözlərinə görə, şəkil insan gözlərini bilərəkdən qırpmadığı zaman yoxa çıxır.

"Gözlərimizin tamamilə hərəkətsiz olduğunu düşünsək belə, onlar hələ də mikroskopik hərəkətlər edirlər" — deyə Martinez-Conde bildirib. Buna görə də, insan bu rəngli görüntüyə təsadüfən baxsa, şəkil yerində qalacaq, itməyəcək.