HADİSƏ

Bakının mərkəzində yanğın

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Sputnik

BAKI, 12 aprel — Sputnik. Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m2 olan dəmir konstruksiyadan ibarət bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan televizor və kondisionerin üzlüyü əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.