HADİSƏ

Bakıda tikilməkdə olan yaşayış binası yanır

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir
Sputnik

BAKI, 12 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Yanan bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir.