BAKI, 11 aprel — Sputnik. "Rusiya Suriyaya atılacaq hər raketi, bütün raketləri vurmağa söz verib. Hazır ol Rusiya, çünki raketlər gələcək və bu raketlər "ağıllı" olacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində yazıb.
Bundan öncə “heyvan” adlandırdığı Bəşər Əsədə bu dəfə “qazla öldürən heyvan” deyən Tramp Rusiyaya xitab edərək belə deyib: “Rusiya, öz xalqını öldürüb bündan zövq alan, qazla öldürən heyvanın yanında olmamalıydın”. Russia vows to shoot down any and all missiles fired at Syria. Get ready Russia, because they will be coming, nice and new and “smart!” You shouldn’t be partners with a Gas Killing Animal who kills his people and enjoys it!
Qeyd edək ki, bu gün Rusiyanın Livandakı səfiri Aleksandr Zaspıkin bildirib ki, ABŞ-ın Suriyaya atacağı istənilən raket vurulacaq: ''Rusiya ABŞ-ın Suriyaya istiqamətlənmiş istənilən hücumun qarşısını alacaq, dövlət başçısı Putinin dediklərini yerinə yetirəcək, Amerika raketlərini vurub, atəş açılan yerlərə zavab zərbəsi endirəcək".
Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Quta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib.
ABŞ başda olmaqla, Qərb dövlətləri bu cinayəti Bəşər Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsini cavabsız qalmayacağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dərhal Trampın bəyanatına reaksiya verib: ""Ağıllı" raketlər hökumətə deyil, terrorçulara qarşı yönəlməlidir. Bu hücumun arxasında iddia edilən kimyəvi hücumun sübutlarını məhv etmək istəyi dura bilər".