İttifaq parçalanır: Suriya ilə bağlı qərar qəbul edilməyib

Üç ölkənin liderlərindən heç biri bu məsələ ilə bağlı qəti qərar qəbul etməyib
Sputnik

BAKI, 11 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Fransa və Böyük Britaniya nümayəndələri ilə görüşərək Suriyada kimyəvi silahdan istifadə edilməsinə qarşı atılacaq müvafiq hərbi varinatları müzakirə edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Vaşinqtondakı mənbələrin məlumatına görə, tərəflər gücünə görə 2017-ci ilin aprelində "Şeyrat" hava bazasına hücumdan da şiddətli zərbə də daxil olmaqla, müxtəlif variantları nəzərdən keçiriblər. Amma üç ölkənin liderlərindən heç biri bu məsələ ilə bağlı qəti qərar qəbul etməyib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, onlara Suriyada kimyəvi hücumun həyata keçirildiyi ilə bağlı daha çox sübut lazımdır. London ancaq bu sübutlar təqdim olunandan sonra Suriyaya zərbə endirilməsi kampaniyasına qoşula bilər. Bununla da, Mey “təcili qisas”da iştirakdan imtina edib.