Tələbəsini öldürən müəllim intihar etdi

Cəsədlər morqa aparılıb
Sputnik

BAKI, 11 aprel — Sputnik. Türkiyə Nevşehirdə müəllim və tələbənin cəsədləri tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı cəsədlərin Nevşehir Hacı Bektaş Veli Universiteti Fənn Ədəbiyyat Fakultəsi müəllimi 2 uşaq atası Sadəddin Baştürk və eyni fakultədə təhsil alan Kubra Yılmaza aid olduğu müəyyən edilib.

Məlumata görə, səhər saatlarında iki nəfərin cəsədini tapan Nevşehir sakini polisə müraciət edib. Cəsədlər morqa aparılıb.

Qeyd olunur ki, müəllimin əvvəlcə tələbəni tapança ilə vurması sonra isə intihar etdiyi müəyyənləşdirilib. Universitetin rektoru professor Məzhər Bağlı verdiyi açıqlamada bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.