Suriya hava məkanında mülki təyyarələrin uçuşu dayanıb

Suriya hava məkanının mülki uçuşlara bağlanması iddiasının ardından flightradar24.com saytında diqqət çəkən bir görüntü yayılıb
Sputnik

BAKI, 11 aprel — Sputnik. Suriyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı baş verən gərginliyin ardından bölgədə qaynar hadisələr davam edir. Sputnik Azərbaycan"Haberler"ə istinadla xəbər verir ki, Suriya hava məkanında mülki təyyarələrin uçuşu dayanıb. 

Trampdan Rusiyaya şok xəbərdarlıq: “Hazır ol, raketlər gəlir!”

ABŞ prezidenti Donald Trampın Suriyaya hərbi müdaxilə siqnalından sonra mülki təyyarələrdən Suriya hava məkanından istifadə etməməsi istənilib. Suriya hava məkanının mülki uçuşlara bağlanması iddiasının ardından flightradar24.com saytında diqqət çəkən bir görüntü yayılıb. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) 72 saat ərzində bu bölgənin təyyarələr üçün təhlükəli olduğunu deyib.

Qeyd edək ki, Suriyada Duma rayonunda Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadə edildiyi iddiaları ilə ABŞ başda olmaqla Qərb ölkələrindən Suriyaya hücum edilməsi istənilmişdi. Son olaraq ABŞ prezidenti Donald Tramp 72 saat içərisində qərar verəcəyini açıqlamışdı.