CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis generalı seçki məntəqələrindəki vəziyyətə aydınlıq gətirdi

Səhlab Bağırov: "İndiyədək Bakıda qanun pozuntusu qeydə alınmayıb"
Sputnik

BAKI, 11 aprel — Sputnik. İndiyə qədər Bakıdakı seçki məntəqələrində qanun pozuntusu və ya hər hansı təxribat baş verməyib.

Bunu Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhləb Bağırov deyib.

Onun sözlərinə görə, polis gücləndirilmiş iş rejimində işləyir: "Paytaxtda asayişin təmin olunması üçün daxili işlər orqanlarının bütün şəxsi heyəti iş başındadır. Vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Polis elə bu rejimdə də gecə saatlarına qədər işləyəcək".