Məzahir Pənahov iki məntəqədə yaşanan qanunsuzluğa aydınlıq gətirdi

MSK sədri: "İndiyədək seçki prosesi ilə bağlı heç bir qanun pozuntusu qeydə alınmayıb"
Sputnik

BAKI, 11 aprel — Sputnik. "Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb. Daxil olan müraciətlər, əsasən, sorğu xarakterli olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.

M.Pənahov 36 saylı seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə də toxunub: "Bununla bağlı MSK-ya müraciət daxil olmayıb. Bu, qanunazidd addımdır. Polisin və seçki komissiyasının belə hüququ yoxdur".