HADİSƏ

Türkiyənin bu şəhərində qorxu filminin ssenarisi həyata keçir

Bu ərazidə güclü duman səbəbi ilə həyat donub
Sputnik

BAKI, 11 aprel — Sputnik. Türkiyənin Giresun şəhərini bir neçə gündür ki, güclü duman bürüyüb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər sözün əsl mənasına dumanda "yoxa çıxıb". Güclü dumana görə təyyarələr hava limanına eniş edə bilməyib.

Bu səbəbdən bir çox səfərlər qarşılıqlı olaraq təxirə salınıb. Hətta 3 İstanbul və Ankara səfərləri baş tutmayıb.

İstanbul, İzmir və Ankaradan gələn 3 təyyarə güclü duman olduğu üçün hava limanı üzərində dövrə vuraraq enə bilməyib və məcburi Samsundakı hava limanına eniş ediblər. Samsuna endirilən sərnişinlər avtobuslar vasitəsi ilə Ordu və Giresuna göndəriliblər.

Verilən məlumata görə, duman hələ 3 gün davam edəcək. Ümumilikdə bu şəhərdə baş verənlər "Duman" qorxu filminin süjetini xatırladır. Həmin filmdə şəhəri qəflətən duman bürüyür və dumanın içərisindən qorxunc məxluqlar çıxaraq insanlara hücum edirlər.