CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən aktiv və passiv seçki dairələri bəlli oldu

Ən aktiv 51 saylı Qusar seçki dairəsi, ən passiv 17 saylı Yasamal üçüncü seçki dairəsidir
Sputnik

BAKI, 11 aprel — Sputnik. Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsində 46 min 600 seçicidən 20 min 775-i (44.58%) artıq səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 min 68 seçicidən 10 min 271 seçici (25.63%) səsvermədə iştirak edib.