Dünyada cinayətkarlığın çox olduğu şəhərlərin siyahısı açıqlanıb

Siyahıda Braziliyanın San Paulo, Cənubi Afrikanın Port Elizabet şəhəri, Salvadorun San-Salvador, Braziliyanın Rio-de-Janeyro şəhərləri də var
Sputnik

BAKI, 11 aprel — Sputnik. Dünyanın müxtəlif şəhərlərinin kriminal indeksi açıqlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 2018-ci ilin reytinqində dünyanın 327 şəhəri dəyərləndirilib. Qeyd olunur ki, siyahıda son yerlərdə cinayətkarlığın az olduğu Avropa ölkələri şəhərləri durur. Reytinqin yuxarı yerlərində Latın Amerika şəhərləri yer tutub.

Siyahıda birinci yerdə 85,18 faizlə Hondurasın San Pedro-Sula şəhəri, ikinci yerdə 82,55 faizlə Venesuelanın Karakas şəhəri, üçüncü yerə isə 80,68 faizlə Papua Yeni Qvineyanın Port Morsbi şəhəridir.

Siyahıda Braziliyanın San Paulo, Cənubi Afrikanın Port Elizabet şəhəri, Salvadorun San-Salvador, Braziliyanın Rio-de-Janeyro şəhərləri də var.