BAKI, 11 aprel — Sputnik. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində prezident seçkiləri üçün səsvermə prosesi təşkil olunub.
Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səfirlikdə seçici fəallığı müşahidə olunur.
"Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib" — deyə səfir bildirib.