ATƏT PA müşahidəçilərinin ilk rəyi açıqlandı

Müşahidəçilər: "Saat 10:00-a qədər Bakıdakı seçki dairələrində qanun pozuntuları aşkarlanmayıb"
Sputnik

BAKI, 11 aprel — Sputnik. Saat 10:00-a qədər Bakıdakı 5 seçki məntəqəsini ziyarət etmişik və onların heç birində hər hansı qanun pozuntusu aşkarlamamışıq. Bunu Sputnik Azərbaycan-a Respublikada keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə gələn və bu gün Bakıdakı 35 saylı Xətai 3-cü seçki dairəsindəki 12 saylı seçki məntəqəsini ziyarət edən Varlik Cordan və Roland Skott bildiriblər.

"Biz hazırda dövlət başçısının seçki prosesini şəffaf qiymətləndiririk. Eyni zamanda biz seçkilərin müşahidəsini davam etdiririk" — deyə Skott bildirib.

12-ci məntəqə seçki komissiyasının sədri Almaz Rizvanova da öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, sözügedən məntəqədə 1446 seçici qeydiyyatdan keçib: "Saat 10:20-yə qədər onlardan 250 nəfər (17,3%) artıq səs verib. Nəzərə alsaq ki, səsvermə prosesi saat 8:00-da başlayıb, bu çox yüksək göstəricidir. Biz yüksək seçici fəallığı müşahidə edirik".