Astaranın ən yaşlı sakini səs verdi

Onun adı 77 saylı Astara Seçki Dairəsinin 29 saylı məntəqəsinin seçici siyahısındadır
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan.

BAKI, 11 aprel — Sputnik. 106 yaşlı Astara sakini Сənub bölgəsinin ən yaşlı seçicisi olub. Prezident seçkilərində Astara rayon seçiciləri də fəallıq göstərir. Seçkilərə hazırlıq işləri yüksək səvittədə başa çatdırılıb. Seçicilərin səsvermə hüququndan istifadə etmələrindən ötrü bütün zəruri tədbirlər görülüb. Məntəqələrə gəlmək imkanı olmayan yaşlı, fiziki qüsurlu seçicilərin də bu tale yüklü prosesdən kənarda qalmamaları üçün daşınan seçki qutuları ünvanlara aparılır.

Ən aktiv və passiv seçki dairələri bəlli oldu

Belə seçiçilərdən biri, cənub bölgəsinin ən yaşlı sakini Astara rayonu Siyətük kənd sakini 1912-ci il təvəllüdlü Tahirova Mələk Zülfüqar qızıdır. Onun adı 77 saylı Astara Seçki Dairəsinin 29 saylı məntəqəsindəki seçici siyahısındadır.

Sputnik Azərbaycan xəbər verir ki, uzun illər səsvermədə iştirak edən Mələk nənə səhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyinə görə bu dəfə evində səs vermək üçün müraciət edib. Bu səbəbdən səyyar seçki qutusu və seçki büllüteni onun yaşadığı ünvana gətirilib.

106 yaşlı Tahirova Mələk öz evində səs verir

Səsvermə hüququndan istifadə edən 106 yaşlı M.Tahirova ölkəmizdə əmiamanlıq, bolluq olmasından ötrü istədiyi namizədə səs verib. Və deyib ki: "Allah bu sakitçiliyi bizə bəxş eliyənlərdən razı olsun! Balalarımız, körpələr müharibə odu-alovu görməsinlər!"

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçkilərdə 8 namizəd iştirak edir.