CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah "ASAN xidmət"də yalnız bu xidmət göstəriləcək

11 aprel "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür
Sputnik

BAKI, 10 aprel — Sputnik. Aprelin 11-i Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.

Qeyd edək ki, 12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.