RUSİYA

Rusiya rublu ağır günlərini yaşayır: Dollar...

Rusiya valyutası artıq ikinci gündür ki, geosiyasi risklərin artması səbəbindən investorların rubl aktivlərindən xilas olmağa çalışması fonunda nəzərəçarpacaq səviyyədə düşməkdə davam edir
Sputnik

BAKI, 10 aprel — Sputnik. Rusiya valyutası artıq ikinci gündür ki, geosiyasi risklərin artması səbəbindən investorların rubl aktivlərindən xilas olmağa çalışması fonunda nəzərəçarpacaq səviyyədə düşməkdə davam edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Moskva birjalarının açıqladığı rəqəmlər də göstərir.

Bu gün Moskva vaxtı ilə saat 10:54-dən etibarən dolların kursu ötən günlə müqayisədə 2,27 artaraq 62,93 rubla çatıb. Avronun da dəyəri 2,6 rubl artıb və bu gün 77,3 rubla çatıb. Bunlar rəsmi məzənnələrdir. Valyutadəyişmə məntəqələrində isə dollar 63, avro isə 78 rublu keçib.

Qeyd edək ki, ötən il Rusiyanın valyutası dollar və avro qarşısında rekord həddə devalvasiyaya uğramışdı. 2016-cı ildə 1 ABŞ dollarının maksimal qiyməti 63,55 rubl, 1 avro isə 78,43 rubl idi.

Maliyyəçilər rublun xarici valyuta qarşısında kəskin ucuzlaşmasını ABŞ-ın antirusiya sanksiyaları ilə əlaqələndirirlər.

ABŞ-ın sanksiyalar siyahısına 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmur daxil edilib.

Nəticədə Rusiyanın maliyyə bazarlarında şirkətlərin səhmləri sürətlə dəyərini itirməyə başlayıb. Səhmləri dəyərdən düşən şirkətlərə Oleq Deripaskanın "RusAl" və "En+" şirkətləri, eləcə də "RusAl"ın əsas kreditorlarından biri olan "Sberbank" (Əmanət bankı) liderlik edir.