HADİSƏ

Almaniyadakı dəhşətli terrorun ilginc səbəbi məlum oldu

Aprelin 7-də Bakı vaxtı ilə 17.30-da Münster şəhərinin mərkəzində yük maşını küçə kafesinin müştərilərinin üzərinə sürülüb
Sputnik

BAKI, 10 aprel — Sputnik. Almaniyanın Münster şəhərində yük maşınını insanların üzərinə sürmüş şəxs intihar etmək istəyirmiş. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə şəhər prokurorluğunun rəsmisi Martin Bosenhardt deyib.

"Hazırda əllərində olan ekspertiza nümunələrinə, sənədlərə, izlərə və bəyanatlara görə, istintaq orqanları 48 yaşlı kişinin intihar etmək məqsədilə hərəkət etdiyinə əmindirlər" — o bildirib.

Aprelin 7-də Bakı vaxtı ilə 17.30-da Münster şəhərinin mərkəzində yük maşını küçə kafesinin müştərilərinin üzərinə sürülüb. Hadisə nəticəsində iki nəfər ölüb, iyirmi nəfər isə yaralanıb, sürücü isə özünü öldürüb.

Bild nəşri hadisəni 48 yaşlı işsiz, əvvəllər məhkum olunmamış Almaniya vətəndaşının törətdiyini yazıb. Məlumata görə, həmin şəxs daha öncə də özünə qəsd etmək istəyib.