SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident seçkilərini izləyəcək müşahidəçilərin yekun sayı açıqlandı

MSK: Prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub
Sputnik

BAKI, 10 aprel — Sputnik. Sabah — aprelin 11-də keçiriləcək Azərbaycan prezidentinin seçkilərini izləyəcək beynəlxalq və yerli müşahidəçilərin yekun sayı məlum olub.

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.