Türkiyəyə nota verildi

Səfirliyə məxsus avtomobilin səhv park edilməsi diplomatik qalmaqala səbəb olub
Sputnik

BAKI, 10 aprel — Sputnik. Belarusun paytaxtı Minskdə qatar stansiyası yaxınlığında Türkiyənin bu ölkədəki səfirliyinə məxsus avtomobilin səhv park edildiyi iddia edilir. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bir vətəndaşın şikayəti nəticəsində Belarus Xarici İşlər Nazirliyi Türkiyənin Minskdəki səfirliyinə nota verib.

Türkiyənin Belarusun paytaxtı Minskdəki səfirliyinə məxsus avtomob

Şikayət edən şəxs səfirliyə məxsus avtomobilin sürücüsünə səhv park etmə ilə bağlı xəbərdarlıq etdiyini, ancaq onun buna məhəl qoymadığını bildirib. Bundan sonra Belarus Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir ki, Türkiyə səfirliyinə məsələ ilə bağlı nota verilib. Səfirlikdən yol qaydalarına əməl edilməsi məsələsində bundan sonra daha diqqətli olacaqlarına dair cavab verilib.