Azərbaycana yeni səfir təyin edildi

Amerikalı prelat və vatikanlı diplomat olan Rassel 2016-cı ilin mart ayından Vatikanın Türkiyə və Türkmənistandakı səfiri vəzifəsini yerinə yetirib
Sputnik

Bakı, 9 aprel — Sputnik. Roma Papası Fransisk baş arxiyepiskop Novi Pol Fitspatrik Rasseli Azərbaycandakı yeni səfiri təyin edib.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə "Radio Vatikan"da deyilib.

Qeyd edək ki, amerikalı prelat və vatikanlı diplomat olan Rassel 2016-cı ilin mart ayından Vatikanın Türkiyə və Türkmənistandakı səfiri vəzifəsini yerinə yetirib.