İQTİSADİYYAT

Elman Rüstəmovdan xoş xəbər

AMB sədri: "Bu ilin sonuna kimi xarici valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq"
Sputnik

BAKI, 9 aprel — Sputnik. "Bu ilin sonuna kimi xarici valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını qənaətlə istifadə edir: “Büdcəyə transfertlər əhəmiyyətli dərəcədə azalıb. İdxal əhəmiyyətli dərəcədə azalıb. Bu da bizə imkan verir ki, nəzərdə tutulan layihələri yerinə yetirək".

"Bu ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyukturasından istifadə edərək neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatları artacaq”, — E.Rüstəmov vurğulayıb.