Süpürgəçi qadın yol qəzasının qurbanı oldu - Sumqayıtda

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb
Sputnik

Bakı, 6 aprel — Sputnik. Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.