BAKI, 9 aprel — Sputnik. Avronun məzənnəsi son aylarda rubla qarşı özünün maksimum səviyyəsinə qalxıb. Rublun xarici valyuta qarşısında öz dəyərini itirməsinə səbəb Rusiya şirkətlərinə və biznesmenlərinə qarşı tətbiq edilən sanksiyalar siyasətidir.
Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, dolların kursu bu gün səhər saatlarından Moskva vaxtı ilə saat 15:14-ə qədər 2,06 rubl artaraq 60,23 rubla çatıb. Avronun kursu isə 2,74 rubl yüksələrək 74,12 rubla çatıb. Bu, Moskva birjasının məlumatlarıdır.
Avronun kursu foreksdə 1, 2277-ə qarşı 1,23 dollara alınıb-satılır.
Neftin qiymətlərinin kəskin artması Rusiya valyutasının dəyərdən düşməsinə mane olmayıb.
Xatırladaq ki, aprelin 6-da Vaşinqtonda 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiyalar qəbul edilib. Həmin siyahıya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, "Roskomnadzor"un rəhbəri Aleksandr Jarov, "Rosqvardiya"nın direktoru Viktor Zolotov, Rusyanın daxili işlər naziri Vladimir Kolokolsev də daxildir.
Onlarla yanaşı sanksiyalar siyahısına Oleq Deripaska və onun nəzarətində olan En+ Group, "Qaz" qrupu, "Bazovıy element" və "RusAl", Viktor Vekselberq və onun "Renova" qrupu, Süleyman Kərimov, Kirill Şamalov, "Qazprom"un rəhbəri Aleksey Miller, VTB bankın rəhbəri Andrey Kostinin də adı daxil edilib.
Birləşmiş Ştatlar bu yeni tədbirlərini "Moskva üçün siqnal" adlandırıb. Ağ Evdən verilən açıqlamaya görə, növbəti sanksiyalar hansısa konkret hadisələrlə bağlı deyil. Bunun səbəbi "Rusiyanın dünya səviyyəsində davranışlarının davam edən və getdikcə artan həyasız tendensiyalarıdır".
Rusiya XİN isə öz növbəsində sərt cavab tədbirlərinin görüləcəyini anons edib və ABŞ-a məsləhət görüb ki, illüziyalardan qaçsın.