HADİSƏ

Pasxadan qayıdan nişanlı gənc ölü tapıldı

Anası onun otağından səs eşidib, otağına daxil olarkən oğlunun can verdiyini görüb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Qax rayonunda nişanlı gənc gözlənilmədən vəfat edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Kötüklü kəndində baş verib.

Kənd sakinlərinin sözlərinə görə, Beriqaşvili Mido Arsen oğlu həmkəndliləri ilə pasxa bayramını qeyd etdikdən sonra evə gəlib. Anası onun otağından səs eşidib, otağa daxil olarkən oğlunun can verdiyini görüb.

Qeyd edək ki, 24 yaşlı gənc nişanlı olub.