HADİSƏ

Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Almaniyada xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 9 aprel — Sputnik. Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilib.

Bu barədə Sputnik Azərbaycan sosial şəbəkə istifadəçilərinə istinadən məlumat verir.

Fəxrəddin Manafov 1955-ci ildə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.