SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan hökuməti istefa verdi

Ermənistanın hökuməti aprelin 17-də keçiriləcək baş nazir seçkilərindən sonrakı 5 gün ərzində formalaşdırılacaq
Sputnik

BAKI, 9 aprel – Sputnik. Ermənistan hökuməti tam tərkibdə istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, aprelin 9-da yeni prezident Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Andiçmə mərasimindən sonra baş nazir Karen Karapetyan prezidentə hökumətin istefası barədə ərizəni təqdim edib.

Lakin köhnə hökumət parlament yeni baş naziri təsdiq edənədək fəaliyyətini davam etdirəcək.

Ermənistanın yeni konstitusiyasına görə, hökumət aprelin 17-də keçiriləcək baş nazir seçkilərindən sonrakı 5 gün ərzində formalaşdırılacaq.